Yasamalda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Yasamalda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Piyada hadisədən sonra xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb
Hadisə
8 Sentyabr , 2014 11:57
Yasamalda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı. 8 sentyabr.REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Report-a daxil olan məlumata görə, hadisə Yasamal rayonunun Haqverdiyev küçəsində qeydə alınıb.

Hadisə zamanı Bakı şəhər sakini Tamerlan Səlimi idarə etdiyi “Mercedes” markalı avtomobillə 1993-cü il təvəllüdlü Zaur Fərəcovu vurub. Piyada hadisədən sonra xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi