Yasamalda piyada zolağının üzərində gənc oğlanı maşın vurub

Yasamalda piyada zolağının üzərində gənc oğlanı maşın vurub Hadisə Dövlət Gömrük Komitəsinin qarşısında baş verib
Hadisə
3 Oktyabr , 2017 06:57
Yasamalda piyada zolağının üzərində gənc oğlanı maşın vurub
Foto: Report.az

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir, Dövlət Gömrük Komitəsinin qarşısındakı piyada zolağından keçən 1995-ci il təvəllüdlü Xıdıyev Təhmasib İsmayıl oğlunu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi