Yuxarı

Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

​Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Video əlavə olunub


*** 11:18

Bakı. 22 fevral. REPORT.AZ/ Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 27-ci Polis Bölməsi əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməliyyat zamanı Yasamal rayon sakini Çingiz Hacıyev saxlanılaraq istintaqa təqdim edilib.

Onun Yasamal rayonu ərazisində yerləşən mənzilinə baxış zamanı ümümi çəkisi 1 kiloqram 790 qram olan narkotik vasitə heroin aşkar edilərək götüülüb. Evdən əlavə olaraq satış üçün nəzərdə tutulan 5 büküm narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi