Yasamalda mübahisə bıçaqlanma ilə nəticələndi

Yasamalda mübahisə bıçaqlanma ilə nəticələndi Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
802
11 May , 2020 01:25
Yasamalda mübahisə bıçaqlanma ilə nəticələndi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Həsənov Orxan Fərman oğlu Yasamal parkında mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun sol çiyin nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

O. Həsənov əməliyyat olunub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi