Yasamalda motosikletçilər Yaponiya vətəndaşına qarşı soyğunçuluq edib

Yasamalda motosikletçilər Yaponiya vətəndaşına qarşı soyğunçuluq edib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
1268
17 Noyabr , 2017 16:41
Yasamalda motosikletçilər Yaponiya vətəndaşına qarşı soyğunçuluq edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda xarici vətəndaşa qarşı soyğunçuluq olub.

“Report” xəbər verir ki, Yasamal rayonunda yaşayan 22 yaşlı Yaponiya vətəndaşı Furisimi Uertenin əl çantası soyğunçuluq yolu ilə aparılıb.

Belə ki, motosikletlə hərəkət edən iki nəfər onun əl çantasını zorla əlindən alaraq hadisə yerindən qaçıblar. Əl çantasının içində isə zərərçəkənə məxsus 1000 dollar, 800 manat, mobil telefon və digər qiymətli əşyalar olub.

F.Uerte hadisə ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi