Yasamalda motosiklet beton maneəyə çırpılıb

Yasamalda motosiklet beton maneəyə çırpılıb Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Avqust , 2020 00:26
Yasamalda motosiklet beton maneəyə çırpılıb

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1997-ci il təvəllüdlü Aydəmirov Rövşən Məhərrəm oğlu motosikletdə hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi