Yasamalda minik avtomobili gənc oğlanı vurub

Yasamalda minik avtomobili gənc oğlanı vurub Hadisəni törədən sürücü saxlanılıb
Hadisə
19 Sentyabr , 2017 07:59
Yasamalda minik avtomobili gənc oğlanı vurub
Foto: Report.az

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda minik avtomobili gənc oğlanı vuraraq xəsarət yetirib.

"Report"un xəbərinə görə, 2-ci Alatava adlanan ərazidə yol kənarı ilə hərəkət edən 1992-ci il təvəllüdlü Rzayev Əli Məhəmməd oğlunu "Lexus" markalı minik avtomobili vurub. Yaralı, sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi