Yasamalda məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın olub - VİDEO

Yasamalda məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın olub - VİDEO Bakıda məcburi köçkünlərin yaşadığı binanın həyətyanı sahəsində yanğın baş verib.
Hadisə
14 Avqust , 2019 16:01
Yasamalda məcburi köçkünlərin yaşadığı binanın həyətində yanğın olub - VİDEO

Bakıda məcburi köçkünlərin yaşadığı binanın həyətyanı sahəsində yanğın baş verib. 

"Report"un məlumatına görə, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. 

Nəticədə otlaq və yardımçı yarımtikililər də daxil olmaqla, təxminən 3000 kvadratmetr ərazi yanğına məruz qalıb. 

Yanğın söndürülüb, alovun yaşayış binalarına keçməsinin qarşısı alınıb. 

Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi