​Yasamalda intihara cəhd hadisəsi qeydə alınıb

​Yasamalda intihara cəhd hadisəsi qeydə alınıb Xilasedicilər tərəfindən vətəndaş fikrindən daşındırılıb
Hadisə
13 May , 2015 04:18
​Yasamalda intihara cəhd hadisəsi qeydə alınıb

Bakı. 13 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının Yasamal rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. 

Son xəbərlər

Orphus sistemi