Yasamalda güllələnən 30 yaşlı gənc öz avtomobili ilə xəstəxanaya gedib

Yasamalda güllələnən 30 yaşlı gənc öz avtomobili ilə xəstəxanaya gedib Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.
Hadisə
23 Dekabr , 2019 00:21
Yasamalda güllələnən 30 yaşlı gənc öz avtomobili ilə xəstəxanaya gedib

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.

“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.

Yaralı vəziyyətdə olan Muradov Zülfü öz avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

Həkimlərin müayinəsindən sonra məlum olub ki, xəsarət alan şəxs sinə nahiyəsindən üç güllə yarası alıb.

O, dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi