Yasamalda gənc oğlanı maşın vurub

Yasamalda gənc oğlanı maşın vurub Bakının Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 Avqust , 2019 22:51
Yasamalda gənc oğlanı maşın vurub

Bakının Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1992-ci il təvəllüdlü İsgəndərov Yaqub Elmar oğlu Cəfər Cabbarlı küçəsində yolu keçərkən onu maşın vurub.

Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Xəstəyə açıq kəllə-beyin travması diaqnozu qoyulub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi