Bakı. 27 iyul. REPORT.AZ/ Bakının Yasamal rayonunda küçədə dava nəticəsində 1 nəfər ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Yunis Dağlı küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Qasımov Ceyhun Zərbəli oğlu yaşadığı evin yaxınlığında küçədə iki nəfərlə əlbəyaxa dava edib. Nəticədə o, başından küt alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, ağır kəllə-beyin travması alıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.