Yasamalda bıçaqlanan sərxoş kişi özü xəstəxanaya gedib

Yasamalda bıçaqlanan sərxoş kişi özü xəstəxanaya gedib İnsident Şərifzadə küçəsində baş verib
Hadisə
9 İyun , 2017 05:01
Yasamalda bıçaqlanan sərxoş kişi özü xəstəxanaya gedib

Bakı. 9 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 1978-ci il təvəllüdlü Sabirabad rayon sakini Tağıyev Elnur Əvəz oğlu Şərifzadə küçəsindəki "Günəş petrol" yanacaqdoldurma məntəqəsi yaxınlığında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisə baş verən zaman o, sərxoş vəziyyətdə olub. Kişi yaralı vəziyyətdə taksi tutaraq xəstəxanaya gedib. O, çoxlu qan itirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi