Yasamalda baş verən qətllə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ

Yasamalda baş verən qətllə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
2 Sentyabr , 2019 11:45
Yasamalda baş verən qətllə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı R.Bünyatzadə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi