Yasamalda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Yasamalda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb Bakı. 12 noyabr. REPORT.AZ/ Yasamal rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə
12 Noyabr , 2018 12:12
Yasamalda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Yasamal rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə 2-ci Alatava küçəsində Bakı şəhər sakini İlkin Nadirova məxsus “Mercedes”, Xiyabani küçəsində isə İslam Babayevə məxsus “KİA” markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə pul, bankomat kartları və qol saatı oğurlanmaları barədə müraciətlər daxil olub.

Məlumatlarla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi