Yasamalda avtomobil piyadanı vurub

Yasamalda avtomobil piyadanı vurub Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
7 Sentyabr , 2021 08:25
Yasamalda avtomobil piyadanı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda olub.

Piyada, 1973-cü il təvəllüdlü Əliyev Əmir Seyidəli oğlu Nəriman Nərimanov heykəlinin yaxınlığında yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi