Yasamalda avtobusda cibgirlik edən şəxs tutulub

Yasamalda avtobusda cibgirlik edən şəxs tutulub Bakının Yasamal rayonu ərazisində marşrut avtobusunda şəhər sakini olan bir qadının çantasından içərisində 570 manatı, sənəd və bank kartı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Hadisə
9 Fevral , 2023 11:55
Yasamalda avtobusda cibgirlik edən şəxs tutulub

Bakının Yasamal rayonu ərazisində marşrut avtobusunda şəhər sakini olan bir qadının çantasından içərisində 570 manatı, sənəd və bank kartı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi