Yasamalda ara küçədən sürətlə əsas yola çıxan avtomobil iki maşına çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB

Yasamalda ara küçədən sürətlə əsas yola çıxan avtomobil iki maşına çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB Nəticədə 1 nəfər xəsarət alıb
Hadisə
17 Noyabr , 2017 10:12
Yasamalda ara küçədən sürətlə əsas yola çıxan avtomobil iki maşına çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 06:11

Bakı. 17 noyabr. REPORT.AZ/ Paytaxtın Yasamal rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari qəza baş verib.

"Report"un məlumatına görə, Orxan Kərimov idarə ediyi "Lifan" markalı avtomobillə Zivərbəy Əhmədbəyov küçəsindən "20 Yanvar" metrostansiyası istiqamətində hərəkətdə olarkən Emin Eyvazovun sükanı arxasında olduğu "VAZ-21014" yüksək sürətlə ara küçədən əsas yola çıxaraq "Lifan"ın arxa hissəsinə çırpılıb.

"VAZ-21014" ardınca yol kənarında dayanan digər bir nəqliyyat vasitəsinə dəyərək dayanıb. Qəza zamanı avtomobillər yarasız vəziyyətə düşüb. "VAZ"da olan sərnişinlərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində olan polis əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi