Yasamal rayonunda bədbəxt hadisə baş verib.
Yaralılar təcili tibbi yardım maşınları ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan birinə kəllə-beyin travması, digər ikisinə isə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib.
Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.