Yasamalda 70 yaşlı kişinin meyiti aşkarlanıb

Yasamalda 70 yaşlı kişinin meyiti aşkarlanıb Bakıda mənzildə meyit aşkarlanıb.
Hadisə
286
31 İyul , 2021 20:17
Yasamalda 70 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Hüseynov Məhərrəm Əbdül oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi