Yasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladı

Yasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladı ​​​​​​​Bu gecə Bakıda bıçaqlanma hadisəsi baş verib
Hadisə
7 Mart , 2021 01:09
Yasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladı

Bu gecə Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Məmmədov Vüsal Xosrov oğlunun tanıdığı şəxslərlə mübahisəsi düşüb. Mübahisə davaya çevrilib və sonda M. Vüsal bıçaqlanıb.

Yaralı şəxs xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol qolunda üç ədəd kəsilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi