Yasamalda 32 yaşlı qadın qətlə yetirilib

Yasamalda 32 yaşlı qadın qətlə yetirilib Qadın yaşadığı evdə çoxsaylı bıçaq xəsarətlərindən ölüb
Hadisə
6 May , 2017 07:30
Yasamalda 32 yaşlı qadın qətlə yetirilib
Courtesy İmage

Bakı. 6 may. REPORT.AZ/ Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib.

"Report" xəbər verir ki, Haqverdiyev küçəsində yerləşən evlərin birində yaşayan 1985-ci il təvəllüdlü Məsimova Nigar Arif qızı yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Hadisənin kim tərəfindən törədildiyi araşdırılır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci (qəsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi