Bakı. 8 fevral. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 15 kv.m. sahədə və ev əşyaları qismən yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.