Yasamalda 16 yaşlı gənc bıçaqlanıb

Yasamalda 16 yaşlı gənc bıçaqlanıb Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
16 Noyabr , 2019 18:22
Yasamalda 16 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Hyatt Regency" otelinin yaxınlığında qeydə alınıb.

Belə ki, Nəsimi rayonu,Əlimərdan bəy Topçubaşov küçəsi, 142 ünvanında yaşayan 2003-cü il təvəllüdlü Əhmədov Azad Şakir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib. Faktla bağlı araşdrıma aparılır. 

Son xəbərlər

Orphus sistemi