Yuxarı
    Bağlamaq

    Yasamal rayonunda mənzildə qadın cəsədi aşkarlanıb

    Ayna Tağızadənin cəsədi aidiyyəti üzrə təhvil verilib

    Bakı. 19 aprel. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda mənzildə 1946-cı il təvəllüdlü Tağızadə Ayna Müzəffər qızı adlı vətəndaş bağlı qapı arxasında qalıb.

    "Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıblar və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

    A.Tağızadənin cəsədi aidiyyəti üzrə təhvil verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi