Yuxarı

​Abşeronda yaşadığı evin damına çıxan şəxs orada ölüb

Xilasedicilər binanın damından vətəndaşın cəsədini aşağı endirib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Abşeron şəhərində bir nəfər yaşadığı binanın damında köməksiz vəziyyətdə qalıb. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1950-ci il təvəllüdlü Hüseynov Vaqif Məmməd oğlu ürək çatışmazlığından vəfat edib. Xilasedicilər binanın damından vətəndaşın cəsədini aşağı endirib və aidiyyəti üzrə təhvil verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi