Yarım ton heroin qanunsuz dövriyyədən çıxarılıb

Yarım ton heroin qanunsuz dövriyyədən çıxarılıb 2 min 88 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib
Hadisə
9 Aprel , 2016 22:38
Yarım ton heroin qanunsuz dövriyyədən çıxarılıb

Bakı. 9 Aprel. REPORT.AZ/ “2016-cı ilin birinci rübü ərzində qaçaqmalçılığa qarşı mübarizə tədbirləri gücləndirilib, 468,7 kiloqramı heroin olmaqla, ümumi çəkisi 474,6 kiloqram olan narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, hesabat dövründə gömrük qaydaları əleyhinə 2 min 177 inzibati xəta faktı üzrə 92 hüquqi şəxs, 2 min 88 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib və onlara qarşı 170 min manat cərimə tətbiq olunub.

"“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının tələblərini pozan şəxslərdən 391 min ABŞ dolları, 27,5 milyon rus rublu, 133 min manat, 224 min manat dəyərində 5,5 kiloqramdan artıq qızıl aşkar olunub. Hesabat dövründə beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsi də prioritet məsələlərdən biri olub", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi