Yarım milyonluq dələduzluqda ittiham edilən şirkət rəhbərinə hökm oxunub

Yarım milyonluq dələduzluqda ittiham edilən şirkət rəhbərinə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
26 Avqust , 2019 11:22
Yarım milyonluq dələduzluqda ittiham edilən şirkət rəhbərinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə, 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib.

T.Namazovun barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etdiyi, barəsində axtarış qərarı çıxarılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

T.Namazov isə məhkəmədə bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlində isə ölkəyə qayıdarkən saxlanılıb. İş adamı ölkədən qaçmadığını, biznesi ilə bağlı ölkə xaricində olduğunu, könüllü ölkəyə qayıtdığını deyib.

T.Namazov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), .179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir. 

Son xəbərlər

Orphus sistemi