Tanışlarına qarşı yarım milyonluq dələduzluq edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Tanışlarına qarşı yarım milyonluq dələduzluq edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin edilib
Hadisə
19 Dekabr , 2018 12:48
Tanışlarına qarşı yarım milyonluq dələduzluq edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Muradov, Sehran Məmmədov Abbas Rəsullunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin edilib.

İttiham aktına əsasən, B.Muradov İlkin Tağıyevi, Orxan Süleymanlını, Ruslan Babayevi və daha bir neçə nəfər tanışını Çindən Dubaya, Türkiyəyə və digər Avropa ölkələrinə mobil telefonlar, elektrik- avadanlığının ticarəti ilə məşğul olduğuna, yaxşı pul qazandığına inandırıb. O, bu ticarətə maya qoyacaqları təqdirdə əldə olunan gəlirdən onlara da yaxşı gəlir verəcəyini vəd edib. Bu minvalla O.Süleymanlının 205 min dollarını, İ.Tağıyevin isə 112 min manat pulunu ələ keçirib.

B.Muradov növbəti dələduzluğa isə S.Məmmədov və A.Rəsullu ilə birgə edib.

Belə ki, o, həmin şəxslərlə əlbir olaraq Emil Əliyevin 148 min manat, Ruslan BabayevMübariz Babayevin 177 min manat pulunu alıb.

İş üzrə zərərçəkmiş şəxslərin sayı cəmi 12 nəfərdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Muradov 9 il və S.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan S.Məmmədov məhkəmə zalından həbs olunub, A.Rəsullunun barəsində isə şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi