Bakıda yarım milyonluq dələduzluq edən qadının cinayət işi məhkəməyə göndərilib

Bakıda yarım milyonluq dələduzluq edən qadının cinayət işi məhkəməyə göndərilib Bakıda dələduzluq etməkdə təqsirləndirilən Fəxrəndə Səfərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
26 Aprel , 2019 17:51
Bakıda yarım milyonluq dələduzluq edən qadının cinayət işi məhkəməyə göndərilib

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Fəxrəndə Səfərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 6-nə təyin edilib.

Cinayət işində 31 zərərçəkmiş var.

Qeyd edək ki, Neftçala rayon sakini F.Səfərovanı polis əməkdaşları çoxsaylı şikayət əsasında saxlayıblar.

İttihama görə, o, sosial şəbəkədə mağaza açmaq üçün özünə şərik axtardığı barədə elan yerləşdirib. F.Səfərova “Instagram” sosial şəbəkəsində kosmetik əşyaların satılması üçün “İnşaatçılar” metrostansiyası yaxınlığında mağaza açdığı barədə məlumat yayaraq özünə şərik axtardığını bildirib.

O, 31 nəfərə 480 min manatdan çox ziyan vurub.

Son xəbərlər

Orphus sistemi