Yuxarı
    Bağlamaq

    Yarım milyon dollarlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

    Pulu xaricdən uşaq bezi gətirmək məqsədilə vermişəm

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    "Report"un məlumatına görə, Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Tağı Nağıyev ifadə verib.

    O, ifadəsində bildirib ki, 450 min ABŞ dolları məbləğində pulu xaricdən uşaq bezi gətirmək məqsədilə Orxan adlı şəxs vasitəsilə Araz Eyvazova verib: "2011-ci ildə Yasamal rayonu ərazisində Orxan adlı şəxs məni Arazla tanış eləyib. Onlar məndən xaricdən uşaq bezi gətirmək üçün 80-90 min ABŞ dolları civarında köməklik göstərməyimi istədilər. Mən həmin şəxslərə sadəcə 70 min dollar verəcəyimi bildirdim. Daha sonra şəkər tozu, yağ, kabel gətirəcəklərini dedilər və mən də şəxsi maşınımı, qardaşım və həyat yoldaşımın avtomobillərini satıb 100 min ABŞ dolları düzəltdim. İşdən sonra mənə 8 min versələr də, sonda o pulları da Araza qaytardım. Bir sözlə, mən bu pulları Orxana, Orxan da Araza verirdi. Ümumilikdə, 450 min dollar ziyana düşdüm və məhkəmədən Arazın dəymiş ziyanı ödəməsini tələb edirəm".

    Məhkəmənin növbəti iclası sentyabrın 16-na təyin edilib.

    Qeyd edək ki, A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi