Yardımlıda meşə zolağının söndürülməsinə təyyarə və helikopter cəlb olunub - YENİLƏNİB

Yardımlıda meşə zolağının söndürülməsinə təyyarə və helikopter cəlb olunub - YENİLƏNİB Bakı. 5 iyul. REPORT.AZ/ Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında baş verən yanğın davam edir.
Hadisə
5 İyul , 2018 12:16
Yardımlıda meşə zolağının söndürülməsinə təyyarə və helikopter cəlb olunub - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında baş verən yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.


*** 09:47

Bakı. 5 iyul. REPORT.AZ/ Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb. 

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi