Yardımlıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb 

Yardımlıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb  Polis əməkdaşları narkotik vasitə və soyuq silah ələ keçirib
Hadisə
268
2 İyun , 2021 12:27
Yardımlıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb 

Polis əməkdaşları narkotik vasitə və soyuq silah ələ keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin və Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yardımlı rayon Şıxlar kənd sakini Rövşən Zaidov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 22.206 qram narkotik vasitə olan, tiryək və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Zaidovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən 4 ədəd bağlamada, ümumi çəkisi 9 kq 40 qram, narkotik vasitə olan, tiryək aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertiziyaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi