Yardımlıda çörək sexində işçi xəsarət alıb

Yardımlıda çörək sexində işçi xəsarət alıb Yardımlıda elektrik dəzgahının hərəkətli hissəsinə ilişən işçi ağır xəsarət alıb.
Hadisə
22 Oktyabr , 2021 04:43
Yardımlıda çörək sexində işçi xəsarət alıb

Yardımlıda elektrik dəzgahının hərəkətli hissəsinə ilişən işçi ağır xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə rayonda fəaliyyət göstərən çörək sexlərinin birində qeydə alınıb.

1983-cü il təvəllüdlü Sadıqova Lətifə Əfraim qızı işlədiyi çörək sexində işləyərkən ehtiyatsızlıqdan sol əli elektrik dəzgahına ilişib. Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona sol əlin sümüklərinin çoxsaylı açıq yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi