Yuxarı

Yardımlıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Yardımlıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb
Qonşusu əvvəlcə onu döyüb

Bakı. 25 iyun. REPORT.AZ/ Yardımlı rayonunda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Təhməzov Turan rayonun mərkəzində qonşusu ilə əlbəyaxa dava edib.

Nəticədə qonşusu onu döyərək bir neçə bıçaq zərbəsi vurub. Yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin yaralının vəziyyəti ağırlaşdığından, qohumları T.Təhməzovu Bakıdakı xəstəxanaların birinə yerləşdirib.

Faktla bağlı Yardımlı rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi