Yardımlıda 34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürüb - TƏFƏRRÜAT

Yardımlıda 34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürüb - TƏFƏRRÜAT Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır
Hadisə
14 Aprel , 2017 16:15
Yardımlıda 34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürüb - TƏFƏRRÜAT

Yardımlı. 14 aprel. REPORT.AZ/ Yardımlı rayonunda baş verən qətlin təfərrüatı məlum olub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib.

23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb. 

Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb.

N.Təhməzov tutulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi