Yardımlıda 2 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıldı - YENİLƏNİB

Yardımlıda 2 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıldı - YENİLƏNİB Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Yardımlıdakı qətllə bağlı birgə məlumat yayıb.
Hadisə
1290
27 Fevral , 2020 18:23
Yardımlıda 2 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıldı - YENİLƏNİB
stock.adobe

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Yardımlıdakı qətllə bağlı birgə məlumat yayıb.

"Report"un xəbərinə görə, birgə məlumatda deyilir:

"Fevralın 27-si saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri - Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilən meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər. Yaranan mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nurəddin Kərimov saxlanılıb, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".


***16:49

Fevralın 27-si saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Şəmsəddin Kərimov və oğlu Elməddinin üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

“Report”un məlumatına görə, faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi