Yardımlıda 12 yaşlı yeniyetmə dərəyə aşaraq ölüb

Yardımlıda 12 yaşlı yeniyetmə dərəyə aşaraq ölüb Yardımlı rayonunda 12 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə
4 Mart , 2020 09:50
Yardımlıda 12 yaşlı yeniyetmə dərəyə aşaraq ölüb

Yardımlı rayonunda 12 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gün gecə saatlarında Gügavar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Aris Mais oğlu Ağakişiyev mal-qaranı örüşdən evə qaytarmaq üçün gedib. O, evlərinə yaxın ərazidəki qayanın üstündən ehtiyatsızlıqdan aşağı yuvarlanıb. Baş, boyun nahiyəsindən ciddi xəsarət alan A.Ağakişiyevi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. 

Reanimasiya şöbəsində həkimlərin səyinə baxmayaraq yeniyetmə bu gün səhər saatlarında ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi