Yuxarı

Yardımlı sakinindən heroin aşkar edilib

Yardımlı sakinindən heroin aşkar edilib
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir
© Report.az

Yardımlı. 27 mart. REPORT.AZ/ Yardımlı rayon sakinindən heroin götürülüb. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zevin kənd sakini, 39 yaşlı Mirzəyev Əliağa Mədətxan oğlu saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ə.Mirzəyevin üzərinə baxış zamanı onun üzərindən 100 qram çəkidə heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi