Yuxarı
    Bağlamaq

    Yardımlı sakinindən 2,5 kiloqrama yaxın tiryək və heroin götürülüb

    O, narkotik vasitələri satmaq istəyən zaman tutulub

    Yardımlı. 11 iyun. REPORT.AZ/ Yardımlı sakinindən tiryək və heroin götürülüb.

    "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı qəsəbə sakini, 40 yaşlı Ağayev Ziyəddin Yaşar oğlu saxlanılıb.

    Narkotik vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Ağayev 2 kq-dan artıq çəkidə narkotik maddə olan tiryək və 250 qr çəkidə heroini satmaq istəyərkən əməliyyatçılar tərəfindən iş başında yaxalanıb.

    O, istintaqa verdiyi ifadəsində narkotik vasitəni satmaq məqsədilə İran vətəndaşından aldığını bildirib.

    Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi