Yardımlı polisi Ağcabədi sakinlərindən 2 kiloqram tiryək götürüb

Yardımlı polisi Ağcabədi sakinlərindən 2 kiloqram tiryək götürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Avqust , 2017 15:48
Yardımlı polisi Ağcabədi sakinlərindən 2 kiloqram tiryək götürüb

Yardımlı. 17 avqust. REPORT.AZ/ Yardımlı rayonunda Ağcabədi sakinlərindən 2 kiloqram tiryək götürülüb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər. 

Əməliyyat məlumatı əsasında rayon ərazisində hərəkətdə olan Ağcabədi rayon Hindarx kənd sakini, 1961-ci il təvəllüdlü Həsənov Fizuli Məhərrəm oğlunun idarə edtiyi "Mercedes" markalı, 10 UR 820 dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılaraq polis şöbəsinə gətirilib. 

Avtomaşına baxış zamanı saxlanc yerində bağlamada 2 kiloqram çəkidə narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. Avtomaşında olan sürücünün həmkəndlisi, 1983-cü il təvəllüdlü Babayev Sabit Ələddin oğlu da istintaqa cəlb edilib. 

Narkotik vasitənin kimdən alındığı barədə məlumat verilmir. 

Faktla bağlı Yardımlı Rayon Polis şöbəsində araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi