Yaqub Zurufçu Vergilər Nazirliyini məhkəməyə verib

Yaqub Zurufçu Vergilər Nazirliyini məhkəməyə verib O, qərarın qismən ləğv edilməsi barədə tələb irəli sürüb
Hadisə
13 Fevral , 2018 09:24
Yaqub Zurufçu Vergilər Nazirliyini məhkəməyə verib

Bakı. 13 fevral. REPORT.AZ/ Tanınmış müğənni Yaqub Zurufçu Vergilər Nazirliyi (VN) yanında Bakı şəhər Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

"Report"un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Y.Zurufçu onunla bağlı sanksiya qərarının qismən ləğv edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddia tələbini təmin edib. Qərardan narazı qalan Vergilər Nazirliyinin Departamenti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Nazirliyin departamenti daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayətə Ali Məhkəmədə baxılacaq.

Son xəbərlər

Orphus sistemi