Yaponiyada koronavirusa yoluxanların sayı 3-ə çatıb.
“Report” “Japan Times”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın
Xəstənin yanvarın 18-i yoluxmanın başladığı Çinin Uhan şəhərindən gəlmiş qadın olduğu bildirilir.
Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa (2019-nCoV) yoluxanların sayı 1300-ü ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılması ilə əlaqədar təcili iclas keçirib və bütün ölkələrə hazır olmağı tövsiyə edib.