Yapon dənizində göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəmi itib

Yapon dənizində göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəmi itib Gəmi ilə qəza siqnalından sonra əlaqə itib
Hadisə
25 Yanvar , 2018 08:58
Yapon dənizində göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəmi itib

Bakı. 25 yanvar. REPORT.AZ/ Yapon dənizinin Primorski vilayəti sahillərində Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi ("Şərq") itkin düşüb.

“Report” xəbər verir ki, gəminin göyərtəsində Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşlarından ibarət 21 heyət üzvü olub.

Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub.

Axtarışlar hələ ki, bir nəticə verməyib.

Gəmi ilə qəza siqnalından sonra əlaqə itib.

Son xəbərlər

Orphus sistemi