Yanvarda itkin düşən şəxs hələ də tapılmayıb

Yanvarda itkin düşən şəxs hələ də tapılmayıb Sumqayıt şəhəri Xəzər bağlar massivində yaşayan 82 yaşlı Yunus Hüseynovcari il yanvarın 31-də gəzmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Hadisə
25 Avqust , 2020 12:22
Yanvarda itkin düşən şəxs hələ də tapılmayıb

Sumqayıt şəhəri Xəzər bağlar massivində yaşayan 82 yaşlı Yunus Hüseynov cari il yanvarın 31-də gəzmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Onun əlamətləri belədir: boyu 165 sm., arıq bədən quruluşlu, ağbəniz, saçları qısa və ağarmış, gözlərinin rəngi qəhvəyi, sifətində digər fərqləndirici əlamətləri yoxdur.

Y.Hüseynov evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy rəngdə cins şalvar, qəhvəyi rəngdə poliver, başında qara papaq (kepka), ayağında qara ayaqqabı olub.   

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sumqayıt ŞPİ-yə (018) 65-4-02-02 şəhər və (077) 458-17-18 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi