Yanne Holst Hübner və Klaus Risbcergin Azərbaycana işgüzar səfəri davam edir

Yanne Holst Hübner və Klaus Risbcergin Azərbaycana işgüzar səfəri davam edir Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru xanım Yanne Holst Hübner və Assosiasiyanın üzvü-Danimarka Krallığının Hərbi Prokurorluğunun prokuroru cənab Klaus Risbcergin ölkəmizə işgüzar səfəri davam edir.
Hadisə
2 İyul , 2021 16:44
Yanne Holst Hübner və Klaus Risbcergin Azərbaycana işgüzar səfəri davam edir

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru xanım Yanne Holst Hübner və Assosiasiyanın üzvü-Danimarka Krallığının Hərbi Prokurorluğunun prokuroru cənab Klaus Risbcergin ölkəmizə işgüzar səfəri davam edir.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar iyulun 01-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda olarkən qurumun fəaliyyəti ilə tanış olublar.

Daha sonra Bakının müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzi ziyarət edilmişdir. Dünyanın nadir memarlıq nümunələrindən biri olan və çoxfunksionallığı ilə seçilən Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə, habelə Azərbaycanın tarixi və mədəniyyət nümunələri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır.
Növbəti gün BPA-nın nümayəndə heyəti Gəncə şəhərinə səfər edərək Nizami Gəncəvinin Məqbərəsini ziyarət etmişlər. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunduğu qonaqların diqqətinə çatdırılmaqla, dünya şöhrətli dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə geniş məlumat verilmişdir.
Səfər çərçivəsində nümayəndə heyətinə Gəncə şəhərinin nadir tarixi və memarlıq, eləcə də dini abidələri nümayiş etdirilmiş, eyni zamanda qonaqlar raket zərbələri nəticəsində dağıdılmış ərazilərlə yerində tanış olmuşlar.
Həmçinin, nümayəndə heyəti Gəncə şəhər prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə tanış olmaqla gənc prokurorluq əməkdaşları ilə də görüşmüşlər.

Hazırda səfər davam edir.

Son xəbərlər

Orphus sistemi