​Eldar Sabiroğlunun oğlu yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ifadə verib

​Eldar Sabiroğlunun oğlu yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ifadə verib Onun idarəyə çağırılması açılan cinayət işi ilə bağlı istintaq hərəkətlərinin aparılması ilə əlaqədardır
Hadisə
13 Fevral , 2016 13:03
​Eldar Sabiroğlunun oğlu yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ifadə verib

Bakı. 13 fevral. REPORT.AZ/ Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ifadə verib.

R.Səfərovun vəkili Bəhruz Bayramov “Report”a bildirib ki, Rüfət Səfərovun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması açılan cinayət işi ilə bağlı istintaq hərəkətlərinin aparılması ilə əlaqədardır.

Qeyd edək ki, R.Səfərov fevralın 12-də də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dindirilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi