​Bakıda 3 nəfər evində yanaraq vəfat edib

​Bakıda 3 nəfər evində yanaraq vəfat edib Yanğın paytaxtın Binəqədi rayonlarında baş verib
Hadisə
22 Fevral , 2015 07:55
​Bakıda 3 nəfər evində yanaraq vəfat edib

Bakı. 22 fevral. REPORT.AZ/ Səhər saatlarında Bakının Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət 6 evin yanar konstruksiyaları yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi