Xaçmazda TIR yanıb, xəsarət alanlar var

Xaçmazda TIR yanıb, xəsarət alanlar var Xaçmaz rayonunda "TIR" yanıb.
Hadisə
30 Noyabr , 2021 09:59
Xaçmazda TIR yanıb, xəsarət alanlar var
0 : 00
0 : 00

Xaçmaz rayonunda TIR yanıb.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Gəndob-Yalama avtomobil yolunun Xaçmazdan keçən hissəsində baş verib.

Belə ki, Əmrah Şeydayevin idarə etdiyi iritonnajlı yük avtomobilinin kabinəsində qəfil yanğın başlayıb. Alov tez bir zamanda yük maşınını ağuşuna alıb.

Sürücü və sərnişini avtomobili söndürməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Hadisə nəticəsində Xaçmaz rayonunun Şıxlı kənd sakini, 1962-ci il təvəllüdlü Şeydayev Əmrah Qəhraman oğlu və sərnişin - Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mehdiyev Nofəl Bəhmən oğlu müxtəlif yanıq xəsarətləri alıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi