Yan Zahradil: "Azərbaycan geosiyasi, nəqliyyat, enerji məsələlərində çox ciddi rol oynayır"

Yan Zahradil: "Azərbaycan geosiyasi, nəqliyyat, enerji məsələlərində çox ciddi rol oynayır" Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan beynəlxalq səviyyədə çox ciddi hörmətə layiq olan ölkədir.
Hadisə
9 İyun , 2018 10:44
Yan Zahradil: Azərbaycan geosiyasi, nəqliyyat, enerji məsələlərində çox ciddi rol oynayır

Bakı. 9 iyun. REPORT.AZ/ "Azərbaycan beynəlxalq səviyyədə çox ciddi hörmətə layiq olan ölkədir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil deyib.

Onun sözlərinə görə, Azərbaycan geosiyasi, nəqliyyat, enerji məsələlərində çox ciddi rol oynayır və oynamağa davam edəcək: "Bu səbəbdən Avropa İttifaqı, Avropa Şurası Azərbaycana daha çox əhəmiyyət verir. Azərbaycanla bağlı birtərəfli hallar olub. Bunun səbəbi odur ki, Azərbaycan regiondakı bəzi siyasi hadisələrdə kimlərsə tərəfindən günahlandırılır. Bu kimi hallara tez bir zamanda son verilməlidir. Azərbaycanının bəzi siyasi oyunların qurbanına çevrilməsinə son qoyulmalıdır".

Y.Zahradil bildirib ki, Azərbaycan çox etibarlı bir tərəfdaşdır: "Ona görə də Azərbaycana ciddi dəyər verməliyik".

Son xəbərlər

Orphus sistemi